AZ

"Ziraat Bank Azərbaycan"ın aktivləri 743 milyon manata çatıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Ziraat Bank Azərbaycan" müsbət artım dinamikasını 2024-cü ilin birinci rübü ərzində də davam etdirib. Belə ki, bank 2024-cü ilin yanvar-mart aylarında 4.4 milyon manat xalis mənfəət əldə edib. Bu isə illik müqayisədə 30.4% çoxdur.

Banco.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə "Ziraat Bank Azərbaycan"ın aktivləri 106 milyon 249 min manat və ya 16.7% artaraq 743 mln. manata çatıb.

Hesabat dövründə bankın kredit portfeli də illik müqayisədə 50 milyon 862 min manat və ya 15.6% artaraq 377 milyon manatı ötüb. Bankın depozit portfeli isə 495 manatı ötüb ki, bu da ötən ilin birinci rübünün nəticələri ilə müqayisədə 26,3% və ya 103 milyon 116 min manat artımdır.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla