AZ

Azərbaycan cütlüyü “Prezident Kuboku”nda üçüncü oldu

Azərbaycan Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında yeddinci medalı qazanıb.

Futbolinfo.az xəbər verir ki, Nurlan Paşayev – Fariz Babayev (2006-2007-ci il təvəllüdlü) cütlüyü 1500 metr məsafəyə akademik avarçəkmə növündə bürünc mükafat əldə edib.

Bu gün başa çatacaq turnirdə 21 ölkə təmsilçiləri qüvvəsini sınayır. Azərbaycan idmançıları daha əvvəl 1 qızıl, 2 gümüş və 3 bürünc medal əldə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
199
10
Mənbələr
Şərh ()
Bağla