AZ

"Kənddən gəlib şəhərdə işləyən vətəndaşların övladları məktəbini dəyişir, kənd məktəbləri boşalır"

"Bölgələrdə təhsil infrastrukturunun yaxşılaşdırılmasına yönəlmiş fəaliyyətlər çərçivəsində, xüsusilə birinci vitse-prezident, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyilə məktəb lahiyəsi uğurla icra olunub. Artıq regionların ən ucqar yerlərində belə müasir məktəblər tikilib. Elm və Təhsil Nazirliyi hər il təhsil şəraiti ağır olan məktəblərlə bağlı yeni infrastruktur yaradılması ilə bağlı işləri həyata keçirir. Məktəblər tikilir, əsas təmir olunur və müasir avadanlıqlarla təchiz edilir. Bütövlükdə təhsil infrastrukturu yenilənir. Bu da bölgələrdə təhsil imkanlarının yaxşılaşdırılmasına hədəflənmiş addımlardır". Bu barədə Bizimyol.info xəbər portalına təhsil məsələləri üzrə ekspert İlqar Orucov danışıb. Ekspert vurğulayıb ki, "biz kənd insanlarının kənddə qalıb yaşamasını bağlı işlər görməliyik. Bu da Elm və Təhsil Nazirliyinin həll edəcəyi problem deyil və yaxud Elm və Təhsil Nazirliyi məsuliyyətindən irəli gəlmir". İlqar Orucov “Müşahidələrim onu göstərir ki, kənd insanları şəhərə axışır. Bizə də xeyli müraciətlər olur. Kənddən gəlib şəhərdə yaşayan insanlar tez-tez yaşayış yerlərini dəyişirlər. Məktəb yaşındakı uşaqların tez-tez məktəb dəyişməsilə bağlı bu sıxıntılar olur, şəhər məktəblərinin yüklənməsinə gətirib çıxarır və kənd məktəblərində şagird sayının azalmasına səbəb olur. Bu vəziyyət düşündürücüdür. Kəndlərə gedəndə görürsünüz ki, qapılar bağlı və deyirlər ki, bu insanlar burda yaşamır. Görürsən ki, kəndin müəyyən bir hissəsində insanlar yaşamır”-deyə ekspert bildirib. İlqar Orucov vurğulayıb ki, araşdırma aparılmalıdır və işlər görülməlidir. Kənd adamının kəndə bağlanması və onun üçün kənddə məşğulluğunun təmin olunması önəm daşıyır. Dövlət bunun üçün müəyyən işlər görür. “Kənd adamı gəlib, şəhərdə günü 15 manata işləyir. Amma öz kəndində 20 manata işləmir, bu da reallıqdır. Mən müşahidə etmişəm və görmüşəm ki, şəhərdə insan sanki gününü keçirir. O, başa düşmür ki, “mən yaşayış yerimi dəyişdiyim zaman uşağımın təhsili ilə bağlı problemlər yaşayacağam və uşağın düşdüyü mühit dəyişəcək”. Bu da dərin və önəmli bir mövzudur. Təhsilsiz qalanların sayı artır və bu say artımının önlənməsi ilə bağlı mübarizə aparılır. Bu mübarizə daha da dərinləşməlidir”-deyən İlqar Orucov qeyd edib ki, kənddə yaşayan bir şagird məktəbə getmirsə, dərhal məktəb bununla bağlı məsul qurumlara müraciət ünvanlamalıdır. Çünki məsuliyyət məktəbin üzərində durur. Uşaq məktəbə gəlmir və bununla bağlı məktəblər müraciət edirlər. Ekspert hesab edir ki, narahat edən müxtəlif məqamlar var. “Paytaxt məktəbində də, kənd məktəbində də, rayon məktəbində də, ucqar bir kənddəki məktəbdə də yanaşma eynidir”-deyə İlqar Orucov əlavə edib. İradə Cəlil, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla