AZ

Keniyada daşqınlar nəticəsində 188 nəfər ölüb, 90 nəfər itkin düşüb

Keniyada daşqınlar zamanı həyatını itirənlərin sayının 188-ə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Keniya hökuməti məlumat yayıb.

Məlumata görə, təxminən 2 həftədir davam edən sel və daşqınlar nəticəsində həyatını itirənlərdən 37-i uşaq olduğu qeyd edilib.

Təbii fəlakət nəticəsində 90 nəfər itkin düşüb, 165 mindən çox insan öz evini tərk etməli olub.

Ölkə daxilində şəhərətrafı qatar xidmətləri dayandırılıb.

Qeyd edək ki, Keniyadan başqa, Tanzaniya, Burundi və Konqo Demokratik Respublikası kimi digər Şərqi Afrika ölkələri də güclü yağışların yaratdığı daşqınlardan əziyyət çəkir.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla