AZ

Peskov: Rusiya Afrika dövlətləri ilə müdafiə sahəsinda əlaqələri inkişaf etdirir

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Afrika dövlətləri ilə həm də müdafiə sektorunda əlaqələri inkişaf etdirməyə davam edəcək. Xəbəri “İnterfaks.ru” verib. 

“Afrika dövlətləri bunda maraqlıdırlar, biz də bunda maraqlıyıq və biz Afrika dövlətləri ilə əlaqələrimizi bundan sonra da inkişaf etdirəcəyik”, - o, brifinqdə Nigerdəki ABŞ hərbi bazasında rus hərbçilərinin yerləşdirilməsi haqqında məlumatla bağlı deyib..

Yazın əvvəlində Niger hakimiyyətinin müvafiq razılaşmaları etibarsız elan etməsindən sonra Birləşmiş Ştatlar qoşunlarının əksəriyyətini Nigerdən çıxarmaq qərarına gəlib. Mart ayında ABŞ-ın Afrika qüvvələrinin komandanı Maykl Lenqli və müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Seleste Uollander Nigerə səfər edərək, Rusiyanın bu ölkədə hərbi mövcudluğunu gücləndirməsindən narahat olduqlarını bildiriblər. Onlar həmçinin 101-ci aviabazanın gələcəyi və onun Rusiya Silahlı Qüvvələrinə təhvil verilib-verilməyəcəyi ilə bağlı məsələ qaldırıblar.

 

P.ƏMİRCANOV

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla