AZ

Asiya İnkişaf Fondu üçün Asiya-Sakit Okean regionundakı nisbətən həssas əhali qruplarına dəstək məqsədilə 5 mlrd. dollar ayrılacaq

Tbilisi. Trend:

Donorlar və Asiya İnkişaf Bankı (AİB) Asiya İnkişaf Fondu (ADF)və Texniki Yardım üçün Xüsusi Fonda (TASF) 5 milyard dollar əlavəolunması barədə razılığa gəliblər.

Trend xəbərverir ki, sözügedən öhdəlik AİB-in 57-ci illik toplantısında qəbuledilib.

Vəsait 2025-2028-ci illər ərzində qrant əməliyyatlarınındəstəklənməsinə yönəldiləcək. ADF 14-ün təqribən 22% tamamlanmasıdoldurulması ADF 13-də əlçatan olan məbləğdən 4,1 milyard dollarçoxdur və müvafiq AİB üzvlərini tarix boyu ən iri həcmli ADFqrantları ilə təmin edəcək. TASF 8 layihələrin hazırlanmasına,potensialın artırılmasına və texniki, yaxud siyasətkonsultasiyaların verilməsinə yardım edəcək qrantlar ayıracaq.

"Qrantlar heç vaxt olmadığı qədər vacibdir, çünki bizim ənyoxsul və nisbətən həssas üzvlərimiz inkişafdakı sonuğursuzluqlarını geri döndürməyə və iqlim böhranı ilə mübarizə üzrətəcili tədbirlər görməyə can atır", -AİB prezidenti MasatsuquAsakava deyib.

Bu tamamlama ADF donorlarının buna ən çox ehtiyacı olanlarınmühüm inkişaf problemlərinin həlli üçün AİB ilə davam edəntərəfdaşlığını nümayiş etdirir", - deyə o əlavə edib.

ADF 14, iqlim dəyişikliyinə xüsusən həssas olan, inkişaf etməkdəolan kiçik ada dövlətləri üçün, eləcə də qeyri-sabit vəziyiyətdəolan və münaqişəyə cəlb olunmuş ölkələr üçün məqsədyönlü yardımaprioritet diqqət ayırır.

ADF 14 iqlim dəyişmələrinə və təbii fəlakət riskininazaldılmasına adaptasiyanın dəstəklənməsində mühüm rol oynamağadavam edəcək.

Tamamlamaların 2,5 milyard dollardan çoxu və ya 51%-idonorların, o cümlədən iki yeni ölkənin - Ermənistan və Gürcüstanınödənişi hesabına maliyyələşdiriləcək. AİB ADF-yə xalis gəlirtransferlərini əhəmiyyətli dərəcədə artıraraq ADF 13-də 1,2 milyardABŞ dollarından bir qədər az məbləğdən ADF 14-də təqribən 1,6milyard ABŞ dollarına çatdıracaq, bu isə 35% artım deməkdir.

Yerdə qalan 0,9 milyard dollar ADF-in əvvəlki tsikllərindənköçürmələri və likvidlik investisiyalarından gəlirləri əhtə edəcək.Paralel olaraq, AİB ADF 14-ün fəaliyyət dövrü ərzində çox aşağıfaiz dərəcələri və uzunmüddətli ödəmə şərtləri ilə 16,7 milyard ABŞdolları dəyərində güzəştli kredit ayırmaq niyyətindədir.Bütünlükdə, AİB donor ödənişlərinin hər dollarına görə qrant vəgüzəştli kreditlər formasında 8 ABŞ dollarından çox vəsait ayırabiləcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
1
Mənbələr
Şərh ()
Bağla