AZ

Xuliqanlıqda təqsirləndirilən idmançının apellyasiya şikayəti təmin olunmadı

Bu gün Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Xəzər Rüstəmov və Rüfət Əsədovun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərardan verilən şikayətə baxılıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, apellyasiya şikayəti təmin olunmayıb və Xətai Rayonu Məhkəməsinin onlar barəsində çıxardığı qərar qüvvədə qalıb.

Xatırladaq ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən iclasda onlardan üçünün həbs müddəti bir ay uzadılıb.

V.Kərəmov isə barəsində polis nəzarətinə verilmək həbs qətimkan tədbiri seçilməklə məhkəmə zalından azadlığa buraxılmışdı. Lakin o yenidən həbs edilmişdi.

Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham ediliblər. Tofiq Musayev və Mehman Məmmədov barələrində isə digər qətimkan tədbiri seçilmişdi.

Qeyd edək ki, hadisə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. Onlar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Bir qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu döyüblər.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, 4 nəfər həbs olunub.

Orxan Rasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla