AZ

Rusiyadan Makrona reaksiya

Rusiya Fransa prezidenti Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı açıqlamalarını \"təhlükəli” adlandırıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmə ehtimalının olduğunu təkrar etməsinə gəlincə, Kremlin sözçüsü Dmitri Peskov bu bəyanatların təhlükəli olduğunu bildirib.

Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərə açıqlama verib.

Makronun Fransanın Ukraynaya qoşun göndərə biləcəyini təkrarlaması ilə bağlı suala Peskov belə cavab verib:

\"Bu bəyanat çox mühüm və təhlükəlidir. Fransa prezidenti tərəfindən təmsil olunan Fransa yerlərdə Ukrayna məsələsinə birbaşa qarışmaq imkanları ilə bağlı bəyanatlar verməkdə davam edir. Bu, çox təhlükəli tendensiyadır. Biz bunu diqqətlə izləyirik. Biz bütün məqsədlərimizə çatana qədər Ukraynada xüsusi hərbi əməliyyatı davam etdiririk və davam etdirəcəyik”.

Ayşən

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla