AZ

FİNLANDİYA POLİSİ ÜÇ RUSİYALININ HƏBSİNİ TƏLƏB EDİR

Finlandiya polisi ikili təyinatlı malların ixracında şübhəli bilinən üç Rusiya vətəndaşının həbsini tələb edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Yle” ictimai yayımı yazır.

“Polis Kajaanidə sanksiya qanunvericiliyinin pozulması ilə bağlı cinayətlər törətməkdə şübhəli bilinən üç Rusiya vətəndaşının nəzarətə götürülməsini tələb edir”, - məqalədə qeyd edilir.

Kainuu kollecinin tələbələri olan ruslar həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən mal və texnologiyalar ixrac etməkdə şübhəli bilinirlər.

Lakin istintaq şübhəlilərin Finlandiyadan konkret olaraq nəyi və hara apardıqları barədə hələlik məlumat yaymayıb.

Bu iş üzrə 25 yaşlı iki kişi və 18 yaşlı gənc qadın məhkəmənin qərarını gözləyir. Nəşr qeyd edir ki, bu cür cinayətlərə görə minimum həbs müddəti dörd ay, maksimum isə dörd ildir.

Bundan əvvəl Finlandiyada Fransa vətəndaşı Qabriel Temin Rusiya əleyhinə sanksiyaları pozmaqda şübhəli bilinərək həbs edilib. İttiham tərəfinin iddiasına görə, Teminin rəhbərlik etdiyi “Luminor” və “Siberica” şirkətləri Rusiyaya sanksiya tətbiq edilən elektronika tədarükü ilə məşğul olub. Eyni zamanda təqsirləndirilən şəxs özü də təqsirli olmadığını bildirib.

E.ŞİRİNOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
Mənbələr
Şərh ()
Bağla