AZ

Şvabe siyasi riyakarlıqla məşğuldur – Millət vəkili

Bu il Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə başlanan qərəzli kampaniya davam edir. Bu sözsüz ki, erməni lobbisinin və diasporasının birbaşa göstərişi ilə ortaya çıxan reallıqlardır. Bir çox qərb təşkilatlarında və beynəlxalq qurumlarda erməni lobbisinin maliyyəsi ilə ələ alınan siyasətçilər Azərbaycana qarşı əsassız, heç bir fakta əsaslanmayan riyakar yanaşmalar sərgiləyir.

Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, bəzi Avropa dövlətləri və təşkilatları Azərbaycana qarşı aparılan çirkin kampaniyada iştirak edir: “Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etməsi bəzi Qərb ölkələrini, AŞPA kimi qurumları narahat edir. Uzun on illiklər erməni lobbisinin asılılığında olan korrupsiyaya bulaşmış siyasətçilər indi dirijor çubuğu ilə hərəkətə gətirilir”.

Deputat hesab edir ki, Fransa kimi ölkələrin Ermənistan üçün dəridən-qabıqdan çıxması bu xüsusda heç də təəcüblü deyil: “Erməni lobbisinin yedəyində gedən almaniyalı deputat Frank Şvabenin AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifinin “dəstəklənməsi” görünür onu “iştahlandırıb”. Bu riyakar, siyasi korrupsiyaya bulaşmış şəxs Azərbaycana qarşı ancaq kin üfürməklə məşğuldur. Ona bu istiqamətdə nökərlik etdiyi qüvvələr konkret tapşırıq verib”.

Millət vəkilinə görə, Şvabe kimilər ikiüzlü, riyakarlar öz çirkin maraqlarına naminə Azərbaycanı hədəf almaqla Avropanın fündamental dəyərlərini belə heçə sayırlar: “Dövlətlərin daxili işlərinə qarışmaq xalqların iradəsinə təsir edəcək mövqedən çıxış etmək Şvabe kimi erməni lobbisinin yedəyində gedən siyasətçilər üçün deyəsən adi bir haldır. Amma Şvabelər o cümlədən bu günlərdə Azərbaycana qarşı Fransanın ümumi mövqeyini göstərən şəxslər unutmasınlar ki, Azərbaycan 90-cı illərin əvvələrindəki səviyyədə zəif deyil. İndi Azərbaycan bölgədə və qlobal miqyasda nüfuz sahibidir. Erməni lobbisinin də elə ciddi şəkildə narahat edən məhz bu amildir”.

Aqil Məmmədov vurğulayıb ki, Fransanın daxili işlər naziri Jerar Darmanin tərəfindən Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən ölkəmizə qarşı səsləndirilmiş əsassız və ittiham xarakterli iddiaları tamamilə əsasızdır: “Azərbaycanı Yeni Kaledoniyanın timsalında guya separatçılığa dəstək verməkdə günahlandıran Fransanın daxili işlər naziri unudur ölkəsi uzun müddət ərzində Azərbaycanda separatizmi dəstəkləyib. Bu azmış kimi keçmiş qondarma separatçı rejimin nümayəndələri Fransada mütəmadi olaraq dəvət edilib və onlara dəstək verilib. Eyni zamanda Fransanın hakim partiyasının təşəbbüsü ilə Fransa Parlamenti Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına alan absurd və qondarma qərarlar qəbul edib. Keçmiş separatçı rejimi tanıyan “qərar” və “qətnamələr” bunun bariz nümunəsidir. Ona görə də, Fransanın daxili işlər naziri Azərbaycana qarşı heç bir əsası olmayan gülünc və ucuz qarayaxmaya cəhd göstərmək əvəzinə proseslərə daha ayıq başla yanaşmalıdır. Eyni zamanda Fransanının müstəmləkəçilik siyasətinin, Afrikada yerli xalqlara qarşı törətdiyi insanlıq əleyhinə cinayətlər onların yadından çıxmamalıdır. Rəsmi Paris və onun təmsilçiləri qətlə yetirdikləri milyonlarla günahsız insanı unutmamalıdır. Fransa hökumətin bütün davranışları beynəlxalq dövlətlərarası münasibətlərə ziddir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
22849
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12549
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
8032
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5527
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5419
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3928
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3551
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3440
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3239
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3060
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2932
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2696
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2509
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2414
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
2226
Hidayət Heydərov dünya çempionu oldu
2140