AZ

Azərbaycan komandası növbəti medalı qazandı - “Prezident Kuboku 2024”də

Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında Azərbaycan komandası növbəti medalı qazanıb.

Sportinfo.az xəbər verir ki, İbrahim Məmmədzadə və Sərhad Fərhadlı iki nəfərlik kayak yarışında bürünc mükafata sahib çıxıblar.

Onlar 2010-2011 təvəllüdlü idmançıların 200 metr məsafəyə mübarizəsində fərqləniblər.

Bu gün başa çatacaq turnirdə 21 ölkə təmsilçiləri qüvvəsini sınayır. Azərbaycan idmançıları daha əvvəl 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
5
Mənbələr
Şərh ()
Bağla