AZ

“Ermənistan dadərk edir ki, sülh müqaviləsi onlara da uğur gətirir“ - Anar İsgəndərov

"Qazaxıstan tərəf deyil, sadəcə məkanın sahibidir. Eyni zamanda 1991-ci ildə SSRİ dağılandan sonra keçmiş müttəfiq respublikaların sərhəd məsələləri də burda həll olunmuşdu"

Millət Vəkili Anar İsgəndərov bunu News365.az-a müsahibəsində deyib. 

"İki keçmiş müttəfiq bugünki müstəqil dövlət arasında danışıqların Qazaxıstanda getməsi təbiidir. Qazaxıstan iki tərəf arasında münasibətləri səmimiləşdirmək gücündə olan bir dövlətdir. Qazaxıstana həm Ermənistanın ehtiyacı var, eyni zamanda Qazaxıstan türk dövlətidir və türk dövlətləri içində Azərbaycanla müttəfiqdir, qardaşdır. Ona görə də Qazaxıstanda bu danışıqların getməsi o deməkdir ki, Qazaxıstan tərəf olmasada hər iki dövlətin Qazaxıstana inamı, etibarı var. Həyat da onu göstərir ki, erməni dövlət adamları da dərk edirlər ki, sülh müqaviləsi onlara da uğur gətirir. Çünki sülh olan yerdə müharibə olmur, silah işlənmir, qan tökülmür. Keçmişdə olan müharibənin bəzi cizgilərini də unuda bilirlər. Azərbaycanın təklif etdiyi sülh ədalətli sülhdür. Qalib dövlətin hökmü yox, iki qonşu dövlət arasında "Qafqaz evi"nin yaradılması üçün növbəti cəhdlərdən biridir. Erməni tərəfi də çüqavilənin imzalanmasına Azərbaycan qədər cəhd göstərsə Bu həm Azərbaycanın həm də Ermənistanın uğurudur"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az 


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla