AZ

Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub ŞƏRH

Azərbaycanda mədəniyyətlərarası dialoqun və əməkdaşlığın təşviqinə yönələn çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizdə mədəni müxtəlifliyə göstərilən diqqət və dəstəyin bariz göstəricisidir. Mayın 1-dən 3-dək ölkəmizdə keçirilən "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu qəbildən olan forumlar mədəniyyətlərarası dialoq mövzusuna diqqəti cəlb edir, yeni ideyalar və yanaşmalar ortaya qoyulur.Azərbaycan bu gün qlobalmiqyaslı məsələlərin həllində fəal rol oynayır. Ölkəmiz beynəlxalq tədbirlərə uğurla evsahibliyi edir, sivilizasiyalararası dialoqların həyata keçirilməsi üçün mühüm təşəbbüslər irəli sürür, dünyanı narahat edən problemlərdən birgə çıxış yollarının aranması üçün uğurlu platformalar təqdim edir. Azərbaycan islam dövlətləri və təşkilatları ilə də mədəniyyət sahəsində sıx əməkdaşlıq həyata keçirir. Ölkəmizin milli mədəniyyətində islam dəyərlərinin əhəmiyyətli yer tutması, Azərbaycan mədəniyyətinin formalaşmasında və inkişafında bu dəyərlərin əvəzsiz rol oynaması, xalqımızın islam sivilizasiyasına böyük töhfələr, yüksək mədəniyyət nümunələri bəxş etməsi nəzərə alınaraq Bakı şəhəri 2009-cu il üçün "islam Mədəniyyətinin Paytaxtı" elan olunub. İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransı Bakıda keçirilib.Təsadüfi deyil ki, Azərbaycan bu cür mərama xidmət edən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi ənənəvi məkana çevrilib. Çünki tarixən müxtəlif dinlərin, xalqların nümayəndələri ölkəmizdə bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayıblar. Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin bu istiqamətdə yürütdüyü uğurlu siyasət nəticəsində hazırda Azərbaycanda tarixən bərqərar olmuş tolerant cəmiyyət mövcuddur və heç bir milli, dini ayrı-seçkiliyə yol verilmir. Məhz ölkəmizin sivilizasiyalararası dialoqların keçirildiyi baş ünvana çevrilməsi də burada var olan tarixi, coğrafi, mədəni əsaslara dayanır.Ağaverdi Əliverdiyev,YAP Qusar rayon təşkilatının əməkdaşı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla