AZ

Kreml Makronu təhlükəli adlandırdı

Kremlin sözçüsü Dmitri Peskov Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmə ehtimalına dair bəyanatının təhlükəli olduğunu bildirib.

"Cebhe.info" xəbər verir ki, Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərə açıqlama verib.

Makronun Fransanın Ukraynaya qoşun göndərə biləcəyini təkrarlaması ilə bağlı suala Peskov belə cavab verib:

"Bu bəyanat çox mühüm və təhlükəlidir.  Prezident tərəfindən təmsil olunan Fransa Ukrayna məsələsinə birbaşa qarışmaq imkanları ilə bağlı bəyanatlar verməkdə davam edir. Bu, çox təhlükəli tendensiyadır. Bunu diqqətlə izləyirik. Biz bütün məqsədlərimizə çatana qədər Ukraynada xüsusi hərbi əməliyyatı davam  etdirəcəyik”.

 Rusiya əsgərlərinin Qərbi Afrikada Nigerdəki ABŞ bazasına yerləşdirildiyi xəbərinə işarə edən Peskov "Müdafiə də daxil olmaqla, müxtəlif Afrika dövlətləri ilə əlaqələrimizi hər sahədə inkişaf etdiririk. Bu dövlətlər və biz bu mövzuda maraqlıyıq. Afrika dövlətləri ilə əlaqələrimizi inkişaf etdirməyə davam edəcəyik",- deyib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla

Reytinq