AZ

Rusiyanı bu ölkə əvəz edəcək: Türkiyə elə bir addım atdı ki...

Ankara qaz tədarükü mənbələrini diversifikasiya etməyi, daha doğrusu, Rusiyaya alternativ tapmağı planlaşdırır. Eyni zamanda bu məsələdə Vaşinqtonu seçir.

Publika.az-ın məlumatına görə, daha əvvəl Türkiyənin energetika naziri Alparslan Bayraktar “Financial Times” qəzetinə müsahibəsində Ankaranın “ExxonMobil” ilə ildə 2,5 milyon ton mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü ilə bağlı danışıqlar apardığını bildirib. Onun sözlərinə görə, müqavilə 10 il davam edə bilər və Ankara hər il 1,1 milyard dollar ödəyəcək.

Qeyd olunur ki, 2022 və 2023-cü illərdə Türkiyəyə verilən qazın böyük hissəsi Rusiyaya məxsus olub. Bu, müvafiq olaraq 39% və 43% təşkil edib. Bununla yanaşı, Rusiya Federasiyası qaz idxalında LNG-nin artan payı fonunda öz mövqeyini qoruyub saxlamaqda davam edir.

Bundan əlavə, Bayraktar Tehran və Moskva ilə uzunmüddətli müqavilələrin uzadılmasının yaxın bir neçə il ərzində müəyyən ediləcəyini vurğulayıb.

Materialın müəllifləri Ankaranın hərəkətlərini “böhran və ya müharibə zamanı qazsız qalma riskini aradan qaldırmaq və mümkünsə, alınan yanacağın həcmini azaltmaq” istəyi kimi şərh edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
20
Mənbələr
Şərh ()
Bağla