AZ

Milanda içki satışına bəzi qadağalar qoyulub

Milanda

Roma, 3 may, AZƏRTAC

İtaliyanın Milan şəhərində turistik yerlərdə gecə saatlarında açıq ərazilərdə şüşə və dəmir qablarda içki satışına qadağa qoyulub.

AZƏRTAC xəbər verir ki, Milan meri Cüzeppe Sala tərəfindən imzalanan qərara əsasən, təxminən bir ay ərzində şəhərin 12 əsas turistik məkanında saat 22:00-dan 05:00-dək açıq ərazilərdə şüşə və dəmir qablarda spirtli və ya sərinləşdirici içkilərin satışı qadağan olunub. Qadağa bütün kiçik, orta və iri satış yerlərinə və belə məhsulların satıldığı avtomat satış məntəqələrinə aiddir. Şəhərdə gecə həyatını təşkil etmək səyləri çərçivəsində qəbul edilən qərar iyunun 1-dək qüvvədə olacaq.

Qapalı məkanlarda xidmətlərə məhdudiyyət qoyulmasa da, orada karton fincanlardan istifadə edilməsi tələb olunur.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla