AZ

Suriyada 717 jurnalist öldürülüb

Suriyada vətəndaş müharibəsi başlayandan indiyədək 717 mətbuat nümayəndəsi öldürülüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Şəbəkəsi məlumat yayıb.

Hesabatda Suriyadakı vətəndaş müharibəsi səbəbilə jurnalistika sahəsində çalışanlara qarşı insan haqları pozuntularının davam etdiyi vurğulanıb.

Bildirilib ki, vətəndaş müharibəsi başlayandan - 2011-ci ilin martından bu yana media sahəsində çalışan 6-sı qadın, 9-u əcnəbi olmaqla 717 nəfər öldürülüb.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla