AZ

"Bəzi beynəlxalq qurumlar Azərbaycana təzyiqləri artırır" - Ekspert

“USAİD bir tərəfdəт Azərbaycanda mövqelərini möhkəmlədirir, digər tərəfdən maliyyələşdirdiyi qurumlar vasitəsi ilə ölkəmizə təzyiqləri artırmaqda davam edir. ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyası (USCIRF) isə ilk dəfə olaraq Qarabağın erməni əhalisinin Ermənistana köç etməsindən sonra Azərbaycanı xüsusi narahatlıq doğuran, yəni ən yüksək səviyyədə dini azadlıqların pozulması qeydə alınan ölkə elan edilməsini tövsiyə edir. Bu bədnam qurum keçən ilin dekabır ayında Azərbaycanın adını “Xüsusi nəzarət siyahısı”na (SWL) daxil etməyə çağırış etmişdi”.

Bu fikirləri Bakupost.az -a Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov söyləyib.

Onun dediyinə görə, Blinken 2024-cü ilin yanvarıda bu tövsiyəyə əməl edərək Azərbaycanın adını siyahıya daxil etmişdi. İndi isə USCİRF Azərbaycanı "Xüsusi narahatlıq doğuran ölkələr" siyahısına daxil etməyi tövsiyə edib.

"USAİD isə Azərbaycanla imzaladığı müqaviləyə uyğun olaraq imtiyazlı mövqesini saxlamaqla Azərbaycana qarşı "sərt" və "yumuşaq" təsir mexanizmlərindən istifadəni davam etdirir".

Sevinc,
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla