AZ

Günel Səfərova: Məktəblərdə bullinq haqqında maarifləndirmə işləri aparılır

Bakı, 3 may, AZƏRTAC

Məktəblərdə bullinq haqqında maarifləndirmə işləri aparılır. Bu, dərsliklərdə, hekayələrdə öz əksini tapır.

AZƏRTAC xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsi rəisinin müavini Günel Səfərova “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kibermaarifləndirmə” mövzusuna həsr olunmuş panel sessiyada deyib.

Elm və Təhsil Nazirliyinin kiberbullinqlə mübarizə mexanizmindən danışan rəis müavini qeyd edib: “Burada miqyas çox böyükdür. Söhbət 4500 məktəbdən, 1 milyon 600 mindən çox şagirddən gedir. Son zamanla 5 mindən çox müəllim bullinqlə bağlı maarifləndirilib. Bununla bağlı konkret layihə var. Bullinq on görə problemdir ki, onun nəticəsində insan həyatını itirə bilər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla