AZ

Kemeron Kiyevdə Britaniya və Ukrayna arasında “yüz illik tərəfdaşlıq” haqqında danışıqlara başlayıb

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Kiyevə səfəri zamanı Ukrayna ilə “yüz illik tərəfdaşlıq” haqqında danışıqlara başlayıb.

Bu barədə Britaniyanın Ukrayna paytaxtında səfirliyi bildirib.

Səfər zamanı Kemeron Ukraynaya ölkənin enerji infrastrukturu üçün ümumi dəyəri 36 milyon funt sterlinq (təxminən 45,2 milyon dollar) olan yardım paketini təsdiqləyib.

Britaniya diplomatik missiyasının "Facebook" səhifəsində deyilir: “Britaniya Xarici İşlər Naziri həmçinin Ukrayna ilə yüz illik tərəfdaşlıq haqqında danışıqlara başlayıb”.

Səfirliyin məlumatına görə, saziş ticarət, təhlükəsizlik və müdafiə, elm və texnologiya, təhsil, mədəniyyət və bir sıra digər sahələrdə əməkdaşlığı əhatə edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla