AZ

Ruslar ABŞ bazasına daxil oldular

Rusiya hərbçiləri ABŞ hərbçilərinin yerləşdiyi Nigerdəki 101-ci aviabazada məskunlaşıblar.

Ölkə. Az xəbər verir ki, bu barədə “Reuters” Pentaqondakı mənbəyə istinadən məlumat verir.

Bildirilir ki, ruslar  aviabazanın ərazisində ayrıca anqardan istifadə edirlər.

ABŞ-nin Nigerdəki böyük aviabazası Aqadez şəhərində (paytaxtdan təxminən 920 km aralıda) yerləşir və digər şeylərlə yanaşı, pilotlu və pilotsuz müşahidə uçuşları üçün istifadə olunur. Mart ayında Niger hökuməti ABŞ ilə hərbi əməkdaşlıq müqaviləsinə xitam verdiyini açıqlamışdı.

Aprel ayında 100 rus hərbi təlimatçısı Nigerə gəlib. Bu həftə Nigerin paytaxtında Rusiya bayrağı qaldırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
50
Mənbələr
Şərh ()
Bağla