AZ

Çimərlik mövsümü başlamasına az qalıb: "Elə ərazilər var ki, çirkab sular bir başa Xəzər dənizinə tökülür" - Ekoloq

Çimərlik mövsümü başlamasına az qalıb: "Elə ərazilər var ki, çirkab sular bir başa Xəzər dənizinə tökülür" - Ekoloq

Çimərlik mövsümünün başlanmasına çox az qalıb. Önümüzdəki 3 ayın çox isti keçəcəyini nəzərə alsaq, sakinlər bu aylarda dincəlmək üçün ilk növbədə də dəniz kənarı, çimərliklərə üz tuturlar. Amma bəzi çimərliklərində suyun natəmizliyi insanları narahat edir. Xəzər dənizinin çirklənməsənin səbəbi nədir

Mövzu ilə bağlı Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, su üzrə mütəxəssis Rövşən Abbasov Sonxeber.az-a açıqlama verib.

Ekoloq Xəzər dənizinin çirklənməsinin əsas səbəbini açıqlayıb:

"Hər il Ekologiya Təbii Sərvətlər Nazirliyi müvafiq departamenti tərəfindən hansı çimərliklərin çimmək üçün uyğun olub-olmamaıs haqqında rəsmi məlumatlar yayılır. Bu o demekdir ki, Xəzər dənizin elə yerləri var ki, orada çimmək və ya gedib dincəlmək məqsədəuyğun deyil. Bu gün Bakı şəhərinin bütün ərazisi mərkəziləşmiş kanalizası sisteminə və sutəmizləmə qurğularına qoşulmayıb. Elə ərazilər var ki, həmin ərazilərdən çirkab sular bir başa Xəzər dənizinə tökülür. Təbii ki, həmin ərazilərdə çimmək məqbul deyil. Ona görə də vətəndaşlar nazirliyin müvafiq göstərişlərini gözləməlidirlər. Həmin göstərişlərə uyğun olaraq müvafiq çimərliyi seçsinlər.

Ekologiya Təbii Sərvətlər Nazirliyi monitoriq departamenti hər il çimərlik mövsümü başlayarkən mütamadi olaraq hansı çimərliklərin sağlamlıq üçün təhlükəli olduğu haqqında vətəndaşlara məlumatlar veri".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla