AZ

“Çox güman, bir neçə oyuna təyinat almayacaq” – Yavər Rəhimovun taleyi necə olacaq?

Misli premyer-liqasının 32-ci turunun “Qəbələ” – “Kəpəz” (0:1) matçı Yavər Rəhimovunqəbələli azarkeşlərlə yaşadığı problemlə yadda qaldı.

Belə ki, AFFA nümayəndəsi Yavər Rəhimov azarkeşlərin çox səs-küy saldığını bildirərək, onlarla əsassız polemikaya girdi. Üstəlik bu münaqişədən sonra stadionun A zonasında siqaret çəkərək özü qaydanı pozmuş oldu. İntizam Komitəsinin belə durumlar üçün rəsmi şəxslərə hansı cəzanı tətbiq etməsi maraq doğurdu. “Football-plus.az” olaraq, məsələni aydınlaşdırmaq üçün AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynovla əlaqə saxladıq:

“Əlbəttə, yaşanan vəziyyət üzücüdü. Lakin oyunlarda iştirak edən AFFA nümayəndələri və hakim-inspektorları cəzalandırmaq bizim vəzifəmiz deyil. Onları oyunlara təyin edən AFFA-nın müvafiq qurumudu və həmin şəxslərin cəzalandırılması da həmin qurumun öhdəsindədi. Doğrudu, Avropada belə hallar yaşananda İntizam Komitəsi lazımi qərarlar tətbiq edə bilir. Sadəcə, indiki durumda bu bizim vəzifəmiz deyil. Yəqin ki, AFFA tərəfindən cəzalandırılacaq. Çox güman, bir neçə oyuna təyinat almayacaq”.

KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla

Reytinq