AZ

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş şahmat turniri keçirildi

03 may 2024-cü il tarixdə Samux rayon Uşaq-Gənclər Şahmat məktəbində YAP Samux rayon təşkilatının, Samux rayonu üzrə Təhsil Sektorunun və Uşaq-Gənclər Şahmat məktəbinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin 8,10,12 və 14 yaş qrupunda olan məktəbliləri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş şahmat turniri keçirildi.Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirdi ki, turnir Azərbaycanda şahmatın indiki səviyyəyə çatmasında müstəsna xidmətləri olmuş ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilib. Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində Ümummilli Lider idmanın inkişafına daim böyük qayğı göstərib və məhz onun təşəbbüsü ilə respublikamızın şəhər və rayonlarında çoxsaylı uşaq-gənclər şahmat məktəbləri istifadəyə verilib, ölkəmizdə güclü şahmat məktəbi yaradılıb. Bu proses indi də davam edir və şahmatın inkişafı dövlət başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət tərəfindən göstərilən qayğı Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda yeni qələbələr qazanmalarına zəmin yaradır. Ötən onilliklər ərzində Avropa, dünya çempionatlarında və bir sıra digər mötəbər turnirlərdə iştirak edən idmançılarımız böyük uğurlar əldə ediblər. Daha sonra şahmat məktəbinin direktoru Faiq Aslanov çıxış edərək Ulu Öndərin xatirəsinə həsr olunmuş şahmat turnirinin məktəblilərin asudə vaxtının səmərəli təşkili və onların intellektual potensialının nümayiş etdirilməsi baxımından da böyük əhəmiyyət daşıdığını vurğuladı. Cənab Prezident İlham Əliyevin idmana və idmançılara göstərdiyi qayğıdan söhbət açdı.Daha sonra natiqlər turnirdə iştirak edən şagirdlərə uğurlar arzuladılar. Şahmat turnirində qalib gələn şagirdlərə Fəxri Fərman və qiymətli hədiyyələrin Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş ümumrayon tədbirində təqdim edilməsi nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla