AZ

Keniyada daşqınlarda ölənlərin sayı 188 nəfərə çatıb

Keniyada təxminən 2 həftədir davam edən leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 188-nə çatıb.Keniya hökuməti daşqınların yaratdığı dağıntılarla bağlı yenilənmiş məlumatlar paylaşıb. Bildirilir ki, təxminən 2 həftədir davam edən leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı durmadan artır. Açıqlamada sel və daşqınlar nəticəsində həyatını itirənlərdən 37-nin uşaq olduğu, 90 nəfərin itkin düşdüyü qeyd edilib. Həmçinin ölkə daxilində 165 mindən çox insanın davam edən leysan yağışlar və daşqınlar səbəbindən evlərini tərk etməli olduğu bildirilib.Keniya Dəmir Yolları, ölkə daxilində şəhərətrafı qatar xidmətlərinin dayandırıldığını açıqlayıb.Prezident Uilyam Ruto Milli Gənclik Xidmətinə daşqından zərər çəkənlər üçün müvəqqəti düşərgələr kimi istifadə üçün torpaq ayırmağı tapşırıb.Keniyadan başqa, Tanzaniya, Burundi və Konqo Demokratik Respublikası kimi Şərqi Afrika ölkələri də güclü yağışların yaratdığı daşqınlardan əziyyət çəkir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
2
Mənbələr
Şərh ()
Bağla