AZ

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

Bakı, 3 may, AZƏRTAC

Azərbaycanın ev sahibliyi edəcək COP29-a beynəlxalq vətəndaş cəmiyyətinin hazırlıq prosesi çərçivəsində LINKS – Avropa Fondu tərəfindən mayın 3-də Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda BMT-nin, Avropa İttifaqının, həmçinin nüfuzlu qeyri-hökumət təşkilatlarının və beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Konfransın açılışında Birləşmiş Ərəb Əmirliklərinin iqlim üzrə baş danışıqçısı Hana Əl-Haşimi, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, Almaniya Xarici İşlər Nazirliyinin Enerji üzrə xarici siyasət idarəsinin müdiri Markus Hiken çıxış ediblər.

Çıxışlarda iqlim dəyişikliyi ilə gələcəyin münaqişələri arasında ciddi qarşılıqlı əlaqənin olduğu bildirilərək, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 çərçivəsində bu kimi yeni qlobal çağırışlara birgə cavabların axtarılmasının vacibliyi qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
15
Mənbələr
Şərh ()
Bağla