AZ

Los-Anceles ermənilərindən 50 nəfərlik təxribatçı aksiya - VİDEO

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Son günlər əsasən Tavuş vilayətində kəndlilər revanşist çağırışlar edərək Azərbaycanla delimitasiya prosesinə qarşı çıxırlar. Etirazların cərəyan etdiyi əsas mərkəz isə Kirants kəndidir.

Bu gün isə  radikallara xaricəd yaşayan ermənilər də qoşulublar. "Aravot"un yaydığı məlumata görə, Amerika erməniləri Tavuşdakı hadisələrə dəstək olaraq Ermənistanın Los-Ancelesdəki Baş Konsulluğu qarşısına toplanıblar. Onlar Konsulluq qarşısında aksiya keçirərək İrəvan rəhbərliyi əleyhinə sərt şüarlar səsləndiriblər. Binanın girişində “Tavuş güclüdür” plakatı asan radikal ermənilər təxribata əl ataraq keçmiş qondarma separatçı rejimin əski parçası olan "bayraqlarını" da dalğalandırıblar. Aksiyaya az adamın toplanması da diqqət çəkib. Qeyd edilir ki, təxminən 50 nəfər aksiyaya gəlib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın, həmçinin iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər. 

 

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla