AZ

Daşqınlarda ölənlərin sayı 188 nəfərə çatdı

Keniyada təxminən 2 həftədir davam edən daşqınlarda həyatını itirənlərin sayı 188-ə yüksəlib.

"Cebhe.info" xəbər verir ki, Keniya hökumətindən verilən açıqlamada, sel və daşqınlar nəticəsində həyatını itirənlərdən 37-nin uşaq olduğu, 90 nəfərin itkin düşdüyü paylaşılıb.

165 mindən çox insan davam edən leysan yağışlar və daşqınlar səbəbindən evlərini tərk etməli olub.

Keniya Dəmir Yolları, ölkə daxilində şəhərətrafı qatar xidmətlərinin dayandırıldığını açıqlayıb.

Keniyadan başqa, Tanzaniya, Burundi və Konqo Demokratik Respublikası kimi Şərqi Afrika ölkələri də güclü yağışların yaratdığı daşqınlardan təsirlənir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
2
Mənbələr
Şərh ()
Bağla