AZ

Şoyqunun yerinə göz dikən qubernator Putinlə bir arada

Putinlə bir arada Vaşinqton Müharibənin Tədqiqi İnstitutunun (ISW) gündəlik bülleteni Vladimir Putinin Tula qubernatoru Aleksey Dyuminlə görüşünə daha çox diqqət ayırıb. 

“Cebhe.info” xəbər verir ki, ISW Dyumini “”Vaqner” qrupunun tanınmış filialı” adlandırıb.

İnstitutun analitiklərinin fikrincə, 2022-23-cü illərdə Dyumin dəfələrlə “Vaqner”in rəhbəri Yevgeni Priqojini Sergey Şoyqu ilə ictimai qarşıdurmada dəstəkləyib və bəlkə özü də müdafiə naziri postunu tutmağa ümid edib:

“2023-cü ilin iyununda Priqojinin üsyanı məğlub edildikdən sonra Dyumin özünü rüsvay oldu. Ancaq mayın 2-də Putinlə açıq görüş biabırçılığın bitdiyindən xəbər verir. Putin və Dyumin arasında keçirilən görüş onu göstərir ki, general İvanovun həbsi ilə bağlı qərara görə Putin məsuliyyət daşıyır. Ardıcıl olaraq fərqli məmur və hərbi komandirlər Putinin ətrafında peyda olur. Putin özü də belə görüşləri ictimailəşdirməklə favoritlərinin dəyişdiyini ictimaiyyətə çatdırır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla