AZ

Vanqanın gerçəkləşən proqnozu ingilisləri qorxuya saldı

Mayın 2-nə keçən gecə Böyük Britaniyanı göy gurultusu və şimşək bürüyüb ki, bu da bir çox insanı qorxuya salıb və onlara bolqar kahin Vanqanın proqnozlarını xatırladıb.

Qaziler.az bildirir ki, bu haqda “The Mirror" yazı dərc edib.

Belə ki, Vanqa kəhanetlərində ölkədə hava şəraitinin pisləşməsinin gələcək iqlim dəyişikliklərini göstərə biləcəyini söyləyib.

Onun 2024-cü il üçün proqnozlarından biri Böyük Britaniyadakı iqtisadi böhranla bağlı idi: o zaman biz ÜDM-in üç ay ərzində gözləntiləri üstələyərək 0,3% azaldığını gördük. İndi onun daha bir proqnozu gerçəkləşdi: dəhşətli hava şəraiti. Britaniyalılar bu səhər oyanıblar ki, gecə baş verən tufanın səsi o qədər yüksək olub ki, bəziləri bunu bomba partlamasına bənzədib”, - yazıda qeyd olunub.

Vanqa planetin orbitinin dəyişikliyə məruz qalacağını və bunun adətən uzun müddət çəkəcəyini iddia edib. Onun sözlərinə görə, əgər bu, çox qısa zaman ərzində baş verərsə,  iqlim pozulması və radiasiya səviyyələrində sıçrayış kimi problemlərə səbəb ola bilər.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla