AZ

“May ayının 3-ü türklüyü ilə qürur duyanların günüdür“ - Sabir Rüstəmxanlı

Xəbər verdiyimiz kimi 3 may Türkçülük Günüdür. Bu gün öz ideyasını 1942-ci ildən götürüb.

Bir zamanlar Türkiyənin baş naziri milli düşüncə sahibi Şükrü Saraçoğlu olsa da, dövlət məmurları arasında kommunistlərin də sayı az deyildi. Təhsil naziri Hasan Ali Yücel kommunist olduğunu açıq söyləyir, bu siyasi görüş daşıyıcılarını orta və ali təhsil ocaqlarına yerləşdirirdi. Ölkədə kommunizm ideologiyasının yayılması, milli düşüncənin sıxışdırılması millətçi aydınları narahat etməyə başlamışdı.

Dövrün fikir adamlarından Nihal Atsız və digər aydınlar prosesin dayanması üçün addımlar atılmasını vacib sayır, “Bozkurt”, “Orhun”, “Çınaraltı” dərgilərində kommunizm əlehinə yazılar dərc edirdilər.   1944-cü ildə bir sıra türkçülər həbs edilir. 

1945-ci ilin 29 martına qədər davam edən məhkəmə prosesində Türkiyə siyasətinin 23 önəmli şəxsi haqqında “vətənə xəyanət” maddəsi ilə həbs qərarı çıxarılır. Zeki Velidi Togan, Alparslan Türkeş, Nihal Atsız, Reha Oğuz Türkkan, Cihat Savaş Fer, Nurullah Barıman, Fethi Tevetoğlu, Nejdet Sançar, Cebbar Şenel və Cemal Oğuz Öcal kimi milli düşüncəli insanlar həbsxanalarda ağır işgəncələr görürlər.

Ancaq məhkəmə müddəti bununla başa çatmır. Məhkumların hüquqlarını qoruyan vəkillər onların azad edilməsi üçün üst məhkəmələrə müraciət edir. 1947-ci il martın 31-də məhkumlar bəraət alır. 

Türkçülük Gününü ilk dəfə 3 May məhkumları cəza evində keçirib. 1954-cü ildən isə Nihal Atsızın istəyi ilə hər il həmin gün Türkçülük Günü kimi qeyd olunmağa başlayıb.

News365.az   xəbər verir ki bununla bağlı fikirlərini bölüşən Xalq şairi Sabir Rüstəmxanlı deyib ki, 80 ildir ki, bu gün, yəni may ayının 3-ü türklüyü ilə qürur duyanlar, türk dünyasının birliyinə və inkişafına çalışanlar tərəfindən Türklük günü kimi qutlanmaqdadır:

“Müstəqilliyimizin bərpasından sonra Azərbaycan həyatına bu bayramı biz, ailə olaraq, gətirdik və illərlə Avroasiya genişliyinin hər tərəfindən ucalan bənzərsiz və gözəl melodiyaları Bakıda birləşdirib möhtəşəm bir Turan xoruna çevirdik! Şükür dövlətimiz Turanın bu səs, söz birliyini Şuşaya, Cıdır düzünə yüksəltdi! Türkçülük bayramınız qutlu olsun!..”

İlhamə Qiyas, News365.az  


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla