İsveç polisi ölkənin cənubundakı Malmö şəhərində müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimin yandırılması ilə bağlı müraciəti təsdiqləyib.

İndex.az xəbər verir ki, polis mayın 3-də Malmödəki Gustavs Adolfs Torg meydanında mübahisəli etiraz aksiyasının keçirilməsinə icazə verib.

İsveç vaxtı ilə saat 15.00-18.00 arasında keçiriləcək “etiraz aksiyası” həm yerli əhali, həm də hakimiyyət nümayəndələri arasında narahatlıq və reaksiyalara səbəb olub.