AZ

"AstraZeneca" COVID 19 peyvəndinin nadir mənfi təsiri ola biləcəyini qəbul etdi

"AstraZeneca" COVID 19 peyvəndinin nadir mənfi təsirləri ola biləcəyini məhkəmə sənədləri ilə qəbul edib.

BAKU.WS xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

Dərman şirkəti COVID 19 peyvəndi ilə bağlı kütləvi şikayətdə birdən çox iddia ilə qarşı-qarşıya qalıb.

Bəzi şikayətçilər yaxınlarını itirdiklərini, bir çoxları isə bu peyvəndin ciddi sağlamlıq problemləri yaratdığını qeyd ediblər. 

Araşdırmalar isə "AstraZeneca" da daxil olmaqla bir çox COVID 19 peyvəndinin milyonlarla insanın həyatını xilas etdiyini göstərir.

Şirkətə qarşı ilk hüquqi prosedur 2021-ci ilin aprelində başladılıb. Belə ki, işləməyən və iki uşaq atası olan Ceymi Skott adlı şəxsin peyvənd olunduqdan sonra beyin damarında laxtalanma yaranıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla