AZ

“Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi əməkdaşlıq etdiyi yerli istehsalçılar üçün Rəqabət Məcəlləsi haqqında məlumatlandırma tədbirlərinin təşkilinə başlayıb.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi 2024-cü il iyulun 1-də qüvvəyə minəcək. Bununla bağlı hüquqi risklərin azaldılması məqsədilə “Araz” supermarketlər şəbəkəsi tərəfindən qabaqlayıcı tədbirlər görülür. Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupunun mütəxəssisləri tərəfindən yerli istehsalçılarla görüşlər keçirilərək yeni imkanlar qiymətləndirilib və gələcəkdə hüquq pozuntularının qarşısının alınması istiqamətində fikir mübadiləsi aparılıb.

İlk mərhələdə 50-dən çox yerli istehsalçı ilə müzakirələr aparılıb, Rəqabət Məcəlləsinin haqsız rəqabət hallarını aradan qaldıracağı, bununla da ölkə iqtisadiyyatının və azad sahibkarlığın inkişafına töhfə verəcəyi bildirilib.

Görüşdə sahibkarlar əsasən məhsulların etiket məlumatlarında istehlakçıların aldadılmasına səbəb ola biləcək nüanslar, rəqabətin məhdudlaşdırmasına gətirib çıxara biləcək üfüqi, şaquli sazişlər və digər bu kimi mövzularla maraqlanıblar.

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan digər şirkətlər tərəfindən də tədarükçülər üçün müvafiq infosessiyaların davam etdirilməsi nəzərdə tutulur.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
5
Mənbələr
Şərh ()
Bağla