AZ

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

Ağdam, 3 may, Leyla Muradzadə, AZƏRTAC

Azərbaycan çox böyük tarixə malikdir. Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Malta Respublikasının UNESCO üzrə Milli Komissiyasının sədri Reymond Bondin VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ağdam şəhərində keçirilən "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri" mövzusunda xüsusi sessiyada çıxışı zamanı deyib.

Azərbaycana ikinci dəfə səfər etdiyini söyləyən Reymond Bondin Qarabağda mədəni irsə dəymiş ziyanı görərkən çox sarsıldığını qeyd edib. “Mən yazılarımda maltalıları burada baş verən hadisələr barədə məlumatlandırıram. Çünki Maltada bu haqda çox az bilirlər", - deyə Komissiyanın sədri bildirib.

Onun sözlərinə görə, qonşu dövlətin digər ölkənin mədəni irsinə bu qədər qəddarcasına yanaşılması çox anlaşılmazdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla