AZ

Si Cinpinq Baydenin “qırmızı xətti”ni keçib

Çin prezidenti Si Cinpinq Rusiya Ukraynada hərbi əməliyyatlara başladıqdan sonra ABŞ prezidenti Co Baydenin cızdığı qırmızı xətti keçib.

Qaziler.az bildirir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Nəşrin qeyd etdiyinə görə, amerikalı lider iki il əvvəl çinli həmkarına Moskvaya maddi dəstək verməmək barədə xəbərdarlıq etsə də, Pekin Rusiyanın hərbi sənaye bazasının bir nömrəli təchizatçısı olub.

Dövlət katibi Antoni Blinken Si Cinpinqin xəbərdarlığa məhəl qoymadığını etiraf edib. Blinkenin sözlərinə görə, Çin Rusiyanın hərbi sənaye bazasının “1 nömrəli tədarükçüsü”dür və Bayden bundan sonra nə etmək qərarına gəlsə, qlobal təhlükəsizlik və sabitlik üçün kritik əhəmiyyət kəsb edəcək.

WSJ-yə görə, Bayden Pekinin hərəkətlərinə sanksiyalarla cavab verə bilər və ya simvolik tədbirlərlə Amerikanın qətiyyətinin çökməsinə işarə edə bilər. Nəşrin fikrincə, Ağ Evin ləng” reaksiyası Si Cinpinqi Rusiya, İran, Şimali Koreya və Venesuela ilə əməkdaşlığı dərinləşdirməyə təşviq edə bilər.

Bununla belə, ticarət məlumatları Pekinin ehtiyatlı davrandığını və 2022-ci ildə açıq şəkildə qırmızı xətti keçməkdən çəkindiyini göstərir. Lakin 2023-cü ilin martında Si Cinpinq Putinlə cəsarətli həmrəylik nümayişi olaraq Rusiyaya rəsmi səfərə gəlib.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla