AZ

ABŞ və İngiltərənin Yəmənə endirdiyi zərbələrin sayı açıqlanıb

ABŞ və Böyük Britaniyanın silahlı qüvvələri yanvarın 12-dən Yəmənə 452 zərbə endirib.

Qaziler.az TASS-a istinadla bildirir ki, bu barədə Yəmənin husilər hərəkatının lideri Ənsar Allah Əbdülməlik əl-Husi məlumat verib.

Partlayış nəticəsində azı 40 ölkə vətəndaşı həlak olub. Əl-Husinin sözlərinə görə, söhbət həm hava hücumlarından, həm də dənizdən edilən hücumlardan gedir.

“ABŞ və Böyük Britaniyanın ölkəmizə qarşı həyata keçirdiyi hücumların sayı isə 452 olub”, - deyə o bildirib.

Husilər bundan əvvəl ötən ilin oktyabrında Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra Qırmızı dənizdə İsrailə aid gəmilərə hücum edəcəkləri ilə hədələmişdilər. Noyabrın ortalarından etibarən hərəkat Qırmızı dəniz və Ədən körfəzində mülki gəmilərə hücum etməyə başlayıb.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla