AZ

Fransa kralı XV Lüdoviq Nadir şahın qiymətli daşlarını necə oğurladıb?

Dünyada hazırda 3 böyük almaz mövcuddur ki, onun dəyəri milyonlarla ölçülür. 

1) Onlardan biri “Kuhi-Nur”dur. Hazırda Londonda kral tacındadır. 500 karatdır. Bu daşın tayı-bərabəri yoxdur. İngilislər İranı tutanda bu daş kraliçaya hədiyyə olunub. İndi Londonda kral xəzinəsində – Kral Muzeyində saxlanır.
2) İkinci böyük daş “Göy brilyant” adlanır. Qriboyedovu Tehranda öldürəndə həmin göy brilyantı Qriboyedovun ölümünə təzminat kimi Rusiyaya veriblər. Hazırda Rusiya Almaz fondunda saxlanılır. Bu daş da rus kraliçasına hədiyyə olunub
3) Üçüncü daş “Dəryayi-nur” adlanır. 182 karat (yəni 36 qram) ağırlığındadır. Dünyadakı ən böyük çəhrayı almazıdır. Darya-i-Nur Tehranda, İranın Mərkəzi Bankının daşlarından biridir.
Ancaq məsələ burdadır ki, bu üç daşdan “Kuhi-Nur” ancaq orjinaldır. Qalan ikisi Nadir Şahın Hindtstan səfərindən geri dönəndə Fransa kralı XV Lüdoviq tərəfindən oğurlanıb Parisə aparılıb. İndi isə ətraflı:
Tarixdən məlumdur ki, hələ Şah I Abbasın dövründən etibarən Səfəvi imperiyası ərazisində Roma papasının təlimatı ilə müxtəlif xristian missioner təşkilatları fəaliyyət göstərirdi ki, bunlardan biridə Karmelitlər idi. Karmelitlərin Şərq ölkərindəki fəaliyyəti Şah I Abbasın dövründən başlayaraq 1780-cı ilə kimi davam etmişdir. Nadir Şahın yanında da bu şəxslər xidmət edirdilər. Onların məqsədi həm informasiya əldə etmək, həm Şahı Osmanlı ilə üz-üzə qoymaq, həm də səfərlər zamanı əldə edilən nadir ziynət əşyalarını ələ keçirmək idi.
1738-ci ildə kapuçin Fr.Damian Nadir şahın həkimi oldu. 1746-cı ildə onu yezuit, fransız əsilli Lui Bazinin əvəz etdi. Şahın ətrafında fransızlar və digər Avropadan olanlar da çoxluq təşkil edirdi. Bunlardan biri də heyf ki, qaynaqlarda adı yazılmayan fransız- münəccimə idi.
XV Lüdoviqin bu qiymətli daşlara marağı Fransa tarixinin ən məhşur zərgəri 17-ci əsrdə Hindistana bir neçə səfər etmiş Jan Batist Tavernierin qeydləri edib. Tavernier qiymətli daşlar və brilyantlar haqqında mükəmməl biliyə malik idi, onları tez-tez Fransız tacı üçün alırdı və Collur mədənindən çıxarıla biləcək xəzinələrdən tam xəbərdar idi. Lakin o zaman da, 1642-ci ildə dünyanın bu hissəsinə səfəri zamanı gördüyü nadir təbii çəhrayı daş onu o qədər heyrətə salır ki, saraya məktubunda qeyd edir ki, Fransa kralları o zaman dünyanı idarə edə biləcəklər ki, bu daşlar onun tacında olacaq. Buna görə də münəccim adı ilə öz agentini Nadir Şahın yanına göndərən fransız kralın məqsədi Hindistana yürüş edən əfşarların qələbəsi baş versə daşları oğurlamaq idi.
Nadir şah Hindistandan, eləcə də digər işğal etdiyi ölkələrdən və öz ölkəsindən toplanan vergilər hesabına o qədər var-dövlət toplamışdı ki, tarixdə heç bir ölkə hökmdarı bu qədər sərvəti və pulu bir yerə toplamamışdı. Təkcə Hindistandan gətirdiyi ləl-cəvahirat 60 sandıq idi. Bu xəzinə içərisində ən önəmlisi üç birliyantın da olduğu Tovuz quşu Taxt idi. Nadir Şah onu görəndə o qədər valeh olur ki, gülümsəyib deyir “Ay, sizi saxtakar mollalar, boş yerə vaxtımı alıb məni inandırmağa çalışırdılar ki, bu yürüş uğursuz olacaq. Yaxşı ki, fransız kralının göndərdiyi münəccim rəml atıb gördü ki, yürüşü etmək üçün ən uğurlu gün hansıdır”
Tovuz taxtı beş dəvə ilə İsfahana aparıldı. Gecə-gündüz, istirahət etmədən böyük hərbi dəstənin müşayəti ilə saraya gətirildir və həmin gün Nadir şahın inandığı münəccim qəfildən “xəstlənir”. O, Şaha məlumat verir ki, yol uzun və ağır olduğu üçün naməlum xəstəlik tapıb. Nadir şah ona həkimlərini göndərsə də, o imtina edir və Fransaya qayıtmaq istəyini bildirir. Nadir şah münəccimə müalicə üçün vətəninə getməsinə icazə verdi, ancaq geri qayıtmaq şərti ilə.

Münəccim Fransaya getdikdən iki gün sonra saray kimyaçısı Əli Tovuz taxtını bəzəyən almazların oğurlanıb və saxtaları ilə əvəz ediliməsini müəyyən edir, baxır ki, Kuhi-Nuru qalıb, digər ikisi isə oğurlanıb. Dərhal Şaha xəbər verir Nadir bunu görüb qəzəblənir və hər kəsi öldürmək əmri versə də, kimyaçı Əli daşların fransız münnəcim tərəfindən oğurlandığını bidlrir. Fransızın dalınca atlı dəstələr göndərilsə də, onu tapa bilmirlər.
Nadir şah kimyaçı Əliyə əmr verir ki, bu sirri saxlasın, əgər bunu kimsə bilsə Əlinin başı gedəcək. Fərq aşkar olmasın deyə, Şah saxta daşları orjinala oxşaması üçün düzəltməyi zərgərlərə tapşırıq verdi. Nəticədə “Göy brilyant” və “Dəryayi-nur”-un hazırda əldə olanı saxta, orjinal isə Kuhi-Nurdur. İki ojrinal daş isə Fransa kralı XV Lüdoviqin xəzinəsinə qoyulur və sonra onlar barədə məlumat olmur.

Zaur Aliyev, dosent

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1
Mənbələr
Şərh ()
Bağla