AZ

“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”

Asim Mollazadə: “Oğurlanan irsimizin qaytarılması əsas vəzifələrimizdən biridir”

 

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ağdam şəhərində keçirilən "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiyasında erməni vandalizminə diqqət çəkib.  Nazir müavini qeyd edib ki, işğal dönəmində Ağdamın zəngin mədəni-tarixi irsi dağıdılıb, məhv edilib, Ermənistanın müxtəlif yerlərinə daşınıb.

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə, işğal dönəmində Ermənistana daşınan mədəni-tarixi irs nümunələrinin geri qaytarılmasının zəruriliyini vurğulayıb:

 

“İşğal dövründə ermənilər tərəfindən yağmalanan, Ermənistana daşınan mədəni-tarixi irs nümunələrinin geri qaytarılması gündəlikdə dayanan, öz aktuallığını qoruyub saxlayan əsas məsələlərdəndir.

 

Təbii ki, erməni işğalı dönəmində Azərbaycandan oğurlanan, talanan mədəni-tarixi sərvətlərimizin geri qaytarılması təmin edilməli, bu istiqamətdə konkret addımlar atılmalıdır. Biz talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələrə müraciət ünvanlamalıyıq. Bunun üçün beynəlxalq hüququn hər bir imkanınından səmərəli istifadə etməliyik. Bu, bizim haqqımızdır.

 

Oğurlanan irsimizin qaytarılması əsas vəzifələrimizdən biridir və biz öz məqsədimizə nail olana qədər mübarizəmizi davam etdirməliyik”.

 

Seymur ƏLİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla