AZ

Seçimlərin ən yaxşıları – 6 min manat bu klubun futbolçularına nəsib olub!

Mövsümün əvvəlindən Peşəkar Futbol Liqası və “Misli” “ayın qolu” layihəsinə start verib.

İdmanxeber.az-ın araşdırmasına görə,  “TOP-5”liyə düşən və burada qalib gələrək 1000 manatlıq pul mükafatına sahib olan futbolçuların aprel ayına kimi olan siyahısı maraq doğurur. Öncədən qeyd edək ki, qaliblərin siyahısında çempionatın ən çox qol vuran komandası “Qarabağ”dan heç bir futbolçu yoxdu. 

Ümumilikdə “Araz Naxçıvan”n futbolçuları 3 fərqli ayda baxımlı qol vurmağı bacarıb. Avqust ayında Naxçıvan klubundan Turan Manafov, oktyabr ayında Kadiri Mohammed və yenə dekabr ayında Turan Manafov  “TOP-5”-dəki ən yaxşı qolun müəlifi olublar.

Siyahıda ikinci pillədə “Kəpəz” qərarlaşıb. Gəncə klubundan Martins Junior yanvar və mart aylarında vurduğu baxımlı qolla 1000 manatlıq mükafata sahib çıxa bilib. Aprel ayının ən yaxşı qolunun seçimərinin bitdiyini və hazırda “Kəpəz”dən Mate Kvirkviyanın öndə olduğunu nəzərə alsaq, bölgə klubunda da bu mükafatı qazanma sayı 3-ə çatmış olur.

Avqust – Turan Manafov (Araz Naxçıvan)

Sentyabr – Məqsəd İsayev (Zirə)

Oktyabr – Kadiri Mohammed (Araz Naxçıvan)

Noyabr – Rövlan Muradov (Sumqayıt)

Dekabr – Turan Manafov (Araz Naxçıvan)

Yanvar – Martins Junior (Kəpəz)

Fevral – Ülvi İsgəndərov (Qəbələ)

Mart – Martins Junior (Kəpəz)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla