AZ

Yeganə Hacıyeva: Qadınların inkişafı təhsildən keçir

Dünyanın dəyər zəncirində onların rolunun artırılması məqsədəuyğundur
 
 
 “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda məhsuldar və ən əsası maraqlı birinci günü başa vurduq. Azərbaycan Prezidentindən  mədəniyyətlərarası dialoqun  regional və qlobal təhlükəsizliyə açdığı imkanlar haqqında  geniş məzmunlu fikirlərini dinlədik”. 
Bu sözləri “Sherg.az”a açıqlamasında Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri, politoloq Yeganə Hacıyeva deyib.
 Y.Hacıyevanın sözlərinə görə,  Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 6-cı təcrübəsi regionlararası sülh və stabilliyə vacib töhfədir: 
“Bakının qlobal icmada dünyəvi dəyərlər və narahatedici məsələlərin, eləcə də sülh, təhlükəzlik və insan hüquqları sahəsində mütəmadi müzakirəsi üçün müxtəlif ölkələri bir araya gətirən nüfuzlu bir şəhərə çevrilməsi son dərəcə əhəmiyyətli bir hadisədir”.

Politoloq qloballaşmanın millətlərin mədəniyyət, din, adət-ənənələr və insan hüquqları üçün məqbul normalar müəyyən etdiyini və universallıq yaratdığını bildirib. AGDİ-nin rəhbəri həmçinin  qadınların üzləşdiyi problemlərə diqqət çəkərək  bu məsələlərin həllində qadın hüquqları, mədəniyyət və dinin birgə dialoqunun əhəmiyyətini vurğulayıb: 
“Qadınların mədəniyyətlərarası dialoqda rolu, mədəniyyətlərarası dialoqun qadın hüquqlarına təsiri haqqında geniş təcrübələrin bölüşüldüyü sessiyanın bir hissəsi olduq.  Müzakirələr, müxtəlif coğrafiyalarda oxşar olan, qadının  ailə, icma, cəmiyyət və xalqlararası mədəni əlaqələrin formalaşmasında həlledici rolunun dövlətlərin xarici siyasət sahəsində dəyərləndirilməsinin  sülh və sabitlik üçün faydalı olması qənaətimizi bir daha  möhkəmləndirdi. Qadın hüquqlarının, gender bərabərliyinin və ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına dair məsələlər haqlı olaraq bütün formatların gündəliyinin ön sıralarında yer almaqdadır. Qadınların inkişafı təhsildən və iqtisadi gücləndirmədən keçir. Bu məsələləri gündəliyə yatırmaq, sülh və təhlükəsizliyə nail olmaq üçün qadınların bu prosesə geniş cəlb olunması, eləcə də, dünyanın dəyər zəncirində onların rolunun artırılması məqsədəuyğundur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla