AZ

ABŞ B-2 bombardmançı təyyarələrini modernləşdirir

“Northrop Grumman” şirkəti ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) B-2 bombardmançı təyyarələrini modernləşdirəcək.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bombardmançı təyyarələrinin modernləşdirilməsi ilə bağlı Pentaqon və  “Northrop Grumman” arasında maksimum həddi 7 milyard dollar olan müqavilə imzalanıb.

Müqaviləyə modernləşdirmədən əlavə, B-2 bombardmaçılarına xidmət dövrü boyunca davamlı qulluq, logistika, təmir və proqram təminatına texniki dəstəyin göstərilməsi daxildir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla