AZ

Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb

Rumıniya

Bakı, 3 may, AZƏRTAC

"Burada hər şey əladır. Yarışların keçirildiyi Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda iştirak edən Rumıniya təmsilçisi Kristiana Draqan deyib.

17 yaşlı idmançı təşkilatçılığa və isti münasibətə görə Azərbaycana təşəkkür edib: "Aprelin 19-21-də Bakıda baş tutan Dünya Kubokunda da mübarizə aparmışdım. Bu dəfə özümü daha yaxşı tərəfdən göstərdim. Bu, mənim üçün böyük təcrübədir".

K. Draqan Bakı haqqında təəssüratlarını da bölüşüb: "Yarışa sıx qrafikdə hazırlaşdığım üçün təəssüf ki, şəhəri gəzməyə çox fürsətim olmadı. Amma bunu çox istəyirdim. Sadəcə, yolda gələrkən avtomobilin pəncərəsindən Bakının küçələrini seyr edə bildim. Olduqca müasir və ecazkar şəhər gördüm".

O, turnirdəki hədəflərindən də bəhs edib: "Hazırda əsas məqsədim halqalarla hərəkətdə finala yüksəlməkdir. Rəqiblərimdən geri qalmadığımı göstərmək istəyirəm".

Qeyd edək ki, bədii gimnastika üzrə Avropa Kubokunda 37 ölkəni təmsil edən 160 gimnast iştirak edir. Bu gün start götürən yarışa mayın 5-də yekun vurulacaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla