AZ

Dövlət Komitəsi rəsmisi: “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi artıq hazırdır, razılaşdırılması prosesi gedir

Bakı, 3 may, AZƏRTAC

Ailə və qadın məsələləri ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üzərində çox işlər görülür. “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi artıq hazırdır, razılaşdırılması prosesi gedir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması” adlı panel sessiyada deyib.

O bildirib ki, ölkəmizdə oyunların, kitabların uşaqların yaşına uyğun təsnifatlaşdırılması nəzərdə tutulur. Media nümayəndələri uşaqlar arasında yayılması qadağan edilmiş informasiyaların dərc edilməsində məsuliyyətli olmalıdırlar. Bütün bunlar üçün peşəkarlıq tələb olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla