AZ

Media narkotiklə bağlı məsələləri işıqlandlandlrmaqda maraqlı deyil - DİN rəsmisi

Media narkotiklə bağlı məsələlərdə reytinq gətirməyən məsələləri işıqlandırmaqda maraqlı deyil. Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev deyib.

"Təkcə ötən il məktəblərdə və universitetlərdə narkotiklə bağlı 20 min tədbir həyata keçirib. Mətbuat isə bu işlərin kifayət qədər işıqlandırılmasında maraqlı deyil. Jurnalist bəzən xəbər yazır,amma fakt yoxdur. Problemin üzərinə faktdan getmək vacibdir",- Hacıyev mayın 3-də Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə adlı paneldə çıxışında deyib.

DİN rəsmisi bildirib ki, narkotiklə bağlı cari ilin 4 ayında 3585 fakt müəyyən edilib.
 
Gülnar Nazimqızı

www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
1
Mənbələr
Şərh ()
Bağla