AZ

Çoxtərəfli inkişaf banklarının təsiri onların maliyyələşdirmə həcmi ilə qeyri-mütənasibdir - Ceff Teylor

Tbilisi. Trend:

Çoxtərəfli inkişaf banklarının təsiri onların maliyyələşdirməhəcmi ilə qeyri-mütənasibdir.

Trend xəbərverir ki, bu barədə AİB-in baş direktor müavini, satınalmalar,portfel və maliyyə idarəetməsi departamentinin satınalmalar üzrəbaş mütəxəssisi Ceff Teylor Tbilisidə AİB-in illik toplantılarıçərçivəsində keçirilən "Dayanıqlı satınalmalar - AİB-in iqlimdəyişmələrinin nəticələrinin yüngülləşdiriməsi və onlara adaptasiyaüzrə hədəflərinin əldə olunmasına töhfə" mövzusunda panelmüzakirəsində çıxışında deyib.

"Əslində, çoxtərəfli inkişaf banklarının təsiri onlarınmaliyyələşdirmə həcmi ilə qeyri-mütənasibdir. Biz lider rolunuoynamaq, bir çox üzv ölkələrimiz üçün nümunə olmaq və ya məsləhətvermək üçün ödəniş edirik. Çoxtərəfli inkişaf bankları birliyininüzvləri olaraq burada reaktiv rol deyil, lider rolunu öz üzərimizəgötürməli və qabaqlayıcı tədbirlər görməliyik. Bu, çoxtərəfliinkişaf banklarının təkamülünün bir hissəsidir.

Mən köhnə satınalma üsulunu, risksiz metodu qeyd etdim. Bizhamımız çoxtərəfli inkişaf bankları qrupu olaraq bu köhnə modeldənuzaqlaşmaq üçün səylə çalışırıq. Bu, asan deyil, lakin proses tamsürətlə gedir və geridönülməzdir. Hər şey qiymət və keyfiyyətnisbəti konsepsiyasından başladı. İndi biz anlayırıq ki,dayanıqlılıq bir dəyərdir və buaraya öz yanaşmalarımızı daxiletməliyik. Buna dair unikal anlayışımız mövcuddur", - o deyib.

Qeyd edək ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illiktoplantının mövzusu "Gələcəyə Körpü"dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq.Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu,ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİBprezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcədə, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxışedəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okeanregionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdənkeçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə miniştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi banklarınrəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorunnümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarınınnümayəndələri, gənclər, elm və media nümayəndələri iştirakedir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
1
Mənbələr
Şərh ()
Bağla