AZ

Taliyə İbrahimova: "Zorakılıqla bağlı informasiyaların geniş auditoriyaya çatdırılması mübarizənin bir növüdür"

“Bəzən qadınlar öz başlarına gələn zorakılıq halları barədə sosial mediada danışır, müzakirə edirlər”.

E-huquq.az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda Forumu çərçivəsində “Sosial məsələlər və həssas mövzuların mediada düzgün işıqlandırılması” adlı panel sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, artıq dünyada da bu tendensiya geniş yayılıb: “Məşhur ulduzlar, aktrisalar belə başına gələn zorakılıqla bağlı informasiyaları geniş auditoriya ilə paylaşır. Əslində bu zorakılıqla mübarizənin bir yoludur. İnsanlar başına gələn zorakılıqları danışmalıdır”.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla