AZ

Azərbaycan nəqliyyat vasitələri ilə ölkədən tranzit daşımalar 4 dəfəyə yaxın artıb

2023-cü ildə Azərbaycan nəqliyyat vasitələri ilə ölkə ərazisindən tranzit daşımalarının həcmi 3,8 dəfə artaraq 36 387 ədəd təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, 2021-ci ildə bu nəqliyyat vasitələri ilə ölkə ərazisindən cəmi 9551 ədəd tranzit daşımalar həyata keçirilmişdisə, 2022-ci ildə bu rəqəm 23 366 olub.

Qeyd edilib ki, son 3 ildə Azərbaycan ərazisindən istifadə etməklə avtomobil nəqliyyatı ilə tranzit yük daşımalarını həyata keçirən xarici ölkə yük avtonəqliyyat vasitələrinin, eləcə də Azərbaycan yük avtonəqliyyat vasitələrinin sayında ciddi artım müşahidə edilir.

Belə ki, xarici ölkə nəqliyyat vasitələri ilə Azərbaycan ərazisindən 2021-ci ildə 85 293 ədəd tranzit daşıma reallaşdırılmışdısa, 2022-ci ildə 176789, 2023-cü ildə isə 229 756 ədəd tranzit daşıma həyata keçirilib. Burada artım 2,7 dəfədir.

Beləliklə, son üç ildə avtomobil nəqliyyatı ilə Azərbaycan üzərindən həyata keçirilən tranzit yük daşımalarının cəmi sayı 2021-ci ildə 94 844, 2022-ci ildə 200 155, 2023-cü ildə isə 26 6143 olub. Ümumilikdə, avtomobil nəqliyyatı ilə tranzit yük daşımaları son 3 ildə 2,8 dəfə artıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
5
Mənbələr
Şərh ()
Bağla