AZ

Hazırda Rusiya NATO ölkələri üçün təhlükə yaratmır, lakin hipotetik olaraq hər şey mümkündür – Latviyanın xarici işlər naziri Baiba Braje

Latviyanın xarici işlər naziri Baiba Braje deyir ki, hazırda Rusiya NATO ölkələri üçün təhlükə yaratmır.

Eyni zamanda, o, əlavə edib ki, “hipotetik olaraq hər şey mümkündür” və buna görə də nazir müdafiə üçün vəsaitin ayrılmasını və hərbi təlimlərin keçirilməsini zəruri hesab edir: “Hələlik Rusiyadan NATO ölkələrinin heç birinə birbaşa hərbi təhlükə yoxdur. Amma… hazırlaşmaq və əmin olmaq vacibdir ki, bizim təkcə planlarımız deyil, həm də imkanlarımız, kifayət qədər müdafiə xərclərimiz, düşünülmüş qüvvə strukturumuz, reallıqlara uyğunlaşa biləcəyimiz təlimlər var”, – deyə xanım Braje bildirib.

Xatırladaq ki, 2023-cü ilin noyabrında Çexiya prezidenti Petr Pavel demişdi ki, NATO Rusiyanı Avropa üçün bir nömrəli təhlükə hesab edir. 2024-cü ilin yanvarında Alyansın baş katibi Yens Stoltenberq Rusiya Federasiyasından heç bir təcili təhdid görmədiyini söyləmişdi. “The Wall Street Journal” bu həftə yazıb ki, NATO planlaşdırıcıları yaxın gələcəkdə həmsərhəd üzv dövlətə “Rusiyanın birbaşa müdaxiləsinin” baş verməsini çətin hesab edirlər, lakin NATO yenidən koalisiya müharibəsinə hazırlaşır.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla