AZ

"Neftçi" bu futbolçuları geri qaytaracaq

"Neftçi" qışda icarəyə yolladığı futbolçularını geri qaytaracaq.

Sportal.az saytına verilən məlumata görə, söhbət Fərid Yusifli ilə İsmayıl Zülfüqarlıdan gedir.

Belə ki, “ağ-qaralar” hər ikisi futbolçusunu “Turan Tovuz”a icarəyə göndərmişdi. Amma hər iki futbolçu “Neftçi”yə qaytarılacaq.

Yeni mövsümün hazırlıqlarını məhz paytaxt klubunda keçəcək futbolçuların yeni mövsümə isə “Neftçi”də başlayıb-başlamayacağı sezonun başlamasına az qalmış dəqiqləşəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla